DÜNYA


Qazaxıstanın Aktau şəhərində kafedə partlayış baş verib

Qazaxıstanın Aktau şəhərində kafedə partlayış baş verib, nəticədə bina tamamilə dağılıb.AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə Aktau şəhəri 29 A mikrorayonunda yerləşən “Ayanat” kafesində naməlum şəraitdə partlayış baş verməsi barədə məlumat daxil olub. Zərərçəkənlər barədə məlumat verilmir.