SİYASƏT


Zəfər Günü Strasburqda təntənə ilə qeyd edilib

8 Noyabr – Zəfər Günü münasibətilə Strasburqda Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Avropa Şurası yanında Daimi Nümayəndəliyimizin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan xalqının şanlı Zəfəri böyük sevinc və coşqu ilə qeyd edilib.