Əlahiddə Ümumqoşun Orduda Zəfər Günü təntənəli şəkildə qeyd edilib, hərbi qulluqçular mükafatlandırılıb
08.11.2021 [19:40]
Xəbərin mətni
Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.Silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.