DÜNYA


Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var

Türkiyənin Malatya vilayətində bina çöküb. İndiyədək dağıntılar altından doqquz yaralı çıxarılıb.
AZƏRTAC xəbər verir ki, hadisənin başvermə səbəbləri hələ məlum deyil. Əsasən iş yerlərindən ibarət ikimərtəbəli binanın zirzəmi hissəsində çörək sexi, çay evi və restoranın olması səbəbindən dağıntılar altında çox sayda insanın qaldığı ehtimal edilir.Axtarış-xilasetmə işləri davam edir.