Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Nyu-Dehli hakimiyyəti avtomobillərdən istifadəni qadağan etmək barədə düşünür

15.11.2021 [18:28]

Xəbərin mətni

Nyu-Dehli hakimiyyəti Hindistanın paytaxt regionunda havanın təhlükəli dərəcədə çirklənməsi səbəbindən avtomobil nəqliyyatından istifadəyə qadağa qoymaq və bir sıra sənaye müəssisəsinin fəaliyyətini dayandırmaq imkanlarını nəzərdən keçirir.
AZƏRTAC ANI agentliyinə istinadla xəbər verir ki, bu barədə Dehli hökumətinin ətraf mühitin mühafizəsi naziri Qopal Ray bildirib.