SİYASƏT


Anar Eyvazov: Erməni hərbçiləri tərk-silah edilərək saxlanılıb, xeyli sayda silah-sursat qənimət götürülüb

Son dövrdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində törətdiyi təxribatlar bu gün daha da intensivləşib və genişmiqyaslı xarakter alıb. Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirməklə daha əlverişli mövqelərə yiyələnmək və hərbi üstünlüyə nail olmaq məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar noyabrın 16-da təşkil olunan brifinqdə deyib.