DÜNYA


Çində əhaliyə 2,4 milyard doza COVID-19 peyvəndi vurulub

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində əhaliyə 2,4 doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilir ki, ölkə əhalisinin yarıdan çoxu COVID-19 infeksiyasına qarşı artıq tam peyvəndlənib. Bundan başqa, hazırda ölkədə 3-18 yaşlı uşaq və yeniyetmələrin COVID-19 virusuna qarşı vaksinasiyası da aparılır, habelə müraciət edənlərə “buster” doza vurulur. Son günlər Çinin bir neçə bölgəsində yoluxma hallarının çoxalması əhalidə vaksinasiyaya, xüsusən də “buster” dozaya marağı artırıb.