SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində kompleks məşq keçirilib

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən kompleks məşqə hava hücumundan müdafiə bölmələrinin 1 nömrəli hazırlığa gətirilərək atəş və start mövqelərini tutması ilə başlanılıb.
Şəxsi heyətin real döyüş şəraitində düşmənin hava hücum vasitələrinə qarşı peşəkarlıqla mübarizə aparmaq vərdişlərini təkmilləşdirmək üçün kompleks məşqə Ordu aviasiyası da cəlb edilib.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə hava düşməninin zərbələrinin dəf edilməsi məşq etdirilib.