SİYASƏT


“Əsgər nəfəsi” kitabının təqdimatı keçirilib

Bu günlərdə Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzində Əməkdar jurnalist, istefada olan mayor Rəşid Faxralının “Əsgər nəfəsi” kitabının təqdimat mərasimi olub. Təqdimat mərasimini Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani açıb. Tədbirdə ərazi bütövlüyümüz uğrunda şəhid olanların, son döyüşlərdə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələnlərin xatirəsi ehtiramla yad edilib.