SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar

Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar. Bu münasibətlə təntənəli mərasim keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Polkovnik Mübariz Rzayev kurs zamanı keçirilmiş məşğələlərdə əsas diqqətin 44 günlük Vətən müharibəsində qazanılan təcrübənin öyrənilməsinə yönəldildiyini, silahlanmaya yeni daxil edilmiş ən müasir silah və hərbi texnika nümunələrinin real döyüş şəraitində tətbiq olunduğunu qeyd edib.