SİYASƏT


Pekində keçirilən 4-cü Dünya Media Sammitində AZƏRTAC iştirak edib

Noyabrın 22-də Çinin Sinxua xəbər agentliyinin təşkilatçılığı ilə onlayn formatda 4-cü Dünya Media Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 100-dən çox aparıcı media qurumlarının, o cümlədən xəbər agentliklərinin, televiziya kanallarının, qəzetlərin, internet nəşrlərin rəhbərləri, BMT də daxil olmaqla bir neçə beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər. Nüfuzlu tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.