DÜNYA


Çində yataqxana binasının çökməsi dörd nəfərin ölümünə səbəb olub

Çinin Ciansi vilayətində yataqxana binasının çökməsi nəticəsində dörd nəfər ölüb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə Qancian rayonunda baş verib. Binanın dağılan hissəsinin sahəsi 430 kvadratmetrdir. İndiyədək dağıntılar altından dörd nəfərin meyiti tapılıb. Ərazidə axtarış işləri davam edir.