MƏDƏNİYYƏT


Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər – Ağoğlan monastırı

V-VI əsrlərə aid alban monastırı olan Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb.