DÜNYA


Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub

Güclü külək, yağış və qarla müşayiət olunun “Arven” qasırğası nəticəsində Böyük Britaniyada ölənlərin sayı 3-ə çatıb.
Ölüm halları Şotlandiyada, Şimali İrlandiyada və İngiltərənin şimal-qərbində qeydə alınıb. Bütün hallarda insanlar ağacların aşması nəticəsində ölüb.
Bəzi dəmiryol xətlərində qatarların hərəkətində fasilələr yaranıb. Şotlandiyanın Aberdinşir bölgəsində fırtına səbəbindən sərnişinlər 17 saat qatarda qalıblar. Qasırğanın törətdiyi fəsadlar nəticəsində Şotlandiyada 100 mindən çox ev işıqsız qalıb.