DÜNYA
Türkiyədə “qum fırtınası” zəncirvari qəzaya səbəb olub
30.11.2021 [18:26]
Xəbərin mətni
Türkiyədə baş verən “qum fırtınası” Konya-Ankara magistralında ağır zəncirvari qəzaya səbəb olub.AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, qəflətən tüğyan edən fırtınanın yaratdığı duman yolda görmək imkanını məhdudlaşdırıb. Bu səbəbdən bir neçə maşın idarəetməni itirib. Nəticədə otuza yaxın avtomobil bir-birinə çırpılıb. Yaralıların olduğu bildirilir.