DÜNYA


ABŞ-ın Miçiqan ştatında məktəbdə atışma olub

ABŞ-ın Miçiqan ştatının Oksford şəhərindəki məktəbdə baş verən atışma nəticəsində 3 nəfər həlak olub, 6 nəfərsə güllə yarası alıb.Bu barədə polisin sözçüsü mətbuat konfransında məlumat verib.Nümayəndənin sözlərinə görə, məktəbdə olarkən hücum edən şəxs yarıavtomatik tapançadan 15-20 atəş açıb. Hüquq-mühafizə orqanlarının rəsmisi bildirib ki, qurbanlar çoxu şagirdlərdir.