SİYASƏT


Belarus XİN başçısı: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırıq

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeylə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər.