Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

05.10.2026 [22:44]

Xəbərin mətni

Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş plana əsasən məskunlaşma sahəsi 1800 hektardan 2600 hektara qədər genişləndiriləcək. Bu, 44 faiz artım deməkdir. Məskunlaşan əhalinin sayı 97 min nəfərdən 130 min nəfərə çatacaq. Yaşayış fondu isə 3,9 milyon kvadratmetrə yüksələcək ki, bu da adambaşına 30 kvadratmetr yaşayış sahəsi deməkdir. Bunu AZƏRTAC və AZTV-yə məxsusi müsahibəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.