Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

07.12.2021 [18:02]

Xəbərin mətni

İndoneziyanın Yava adasında yerləşən Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı azı 22 nəfərə çatıb. Daha 20 nəfərin itkin düşdüyü bildirilir.AZƏRTAC xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinin nümayəndəsi məlumat verib.