DÜNYA


Estoniyalı alimlər Venera planetində həyat axtaracaqlar

Estoniyanın Tartu şəhərindən olan alimlər Venera planetində yaşayış üçün yararlılığın dəyərləndirilməsi üzrə beynəlxalq layihədə iştirak edəcəklər.AZƏRTAC Estoniyanın err.ee portalına istinadla xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu Estoniyanın Tartu rəsədxanası və digər tədqiqat institutları ilə birgə atmosferdə həyat əlamətlərini axtarmaq məqsədilə Venera planetinə üç kosmik missiya hazırlayır.