DÜNYA


Honkonqda yanan göydələndə yüzlərlə insan köməksiz qalıb

Honkonqda günorta saatlarında alova bürünən göydələnin yuxarı mərtəbələrində yüzlərlə insan köməksiz qalıb.
AZƏRTAC “Dimsum Daily” portalına istinadla xəbər verir ki, indiyə qədər binadan 165 nəfər təxliyə olunub. Yüzə yaxın insan beşinci mərtəbə rayonunda yerləşən açıq platformanı, 350-yə yaxın insan isə binanın yuxarı mərtəbələrini tərk edə bilmir. Hələlik yeddi nəfərin xəsarət alması barədə məlumat yayılıb.