Çində kömür mədənində köməksiz vəziyyətdə qalan şaxtaçılardan biri xilas edilib
17.12.2021 [13:25]
Xəbərin mətni
Çinin Şensi vilayətindəki kömür mədənlərindən birini dekabrın 15-də su basması nəticəsində köməksiz vəziyyətdə qalan 21 şaxtaçıdan biri mədəndən çıxarılıb.
AZƏRTAC yerli hökumətin məlumatına istinadla xəbər verir ki, Siaoyi şəhərindəki mədəndə qalan digər şaxtaçıların yerlərinin müəyyənləşdirilərək xilas olunmaları üçün əməliyyat davam edir. Axtarış-xilasetmə işlərinə 400 nəfərdən çox şəxsi heyət və xeyli texnika cəlb olunub. Xilasedicilər mədəndə qalanlarla əlaqə yarada biliblər.