DÜNYA


Filippində “Ray” tayfunu səbəbindən azı 12 nəfər həlak olub

Cümə axşamı günü Filippini cənginə alan “Ray” supertayfunu nəticəsində azı 12 nəfər həlak olub.AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Filippinin mərkəzi hissəsindən keçən tayfun sonradan bir qədər zəifləyib. Bu gün tayfunun təsir radiusunda küləyin maksimum əsmə sürəti saatda 205 kilometrə çatıb.