Türkiyənin yeni “TürkSAT 5B” peyki orbitə buraxılıb
19.12.2021 [12:15]
Xəbərin mətni
Türkiyənin “TürkSAT 5B” süni peyki dekabrın 19-da Ankara vaxtı ilə saat 06:58-də (Bakı vaxtı ilə saat 07:58) orbitə göndərilib. Bu peykin fəaliyyətə başlaması ilə Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.AZƏRTAC xəbər verir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb.