DÜNYA


Filippində tufan 480 min nəfəri təxliyəyə məcbur edib

Dekabrın 17-də Filippin ərazisindən keçərək güclü dağıntılara və daşqınlara səbəb olan tufan nəticəsində 480 min nəfər təxliyə edilib.AZƏRTAC Milli Fövqəladə Hallar Agentliyinə istinadla xəbər verir ki, cümə günü ölkənin ikinci böyük şəhəri olan Sebuya çatan “Ray” tufanı 99 nəfərin həyatını itirməsinə səbəb olub.