DÜNYA


Filippində “Ray” tufanı nəticəsində ölənlərin sayı 370 nəfəri ötüb

Filippində “Ray” tufanı nəticəsində həyatını itirənlərin sayı ən azı 375 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 21-də Filippin polisi məlumat yayıb. Daha 56 nəfərin itkin düşdüyü bildirilir. Buna qədər 208 nəfərin öldüyü barədə məlumat yayılmışdı.Məlumatda daha 500 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.