DÜNYA


Yardıma gedən sürücü çayda həlak oldu

“QAZ-66” markalı avtomobilin sürücüsü ovçulara kömək edərkən həlak olub. Belə ki, bir neçə gün əvvəl ona yaxın ovçu Pşada çayının sahilində düşərgə salıb.Amma suyun səviyyəsi qalxıb və ovçular ərazidən çıxa bilməyib.Onların yardımına yollanan “QAZ-66” avtomobilinin sürücüsü iki avtomobili yedəkdə ərazidən çıxara bilsə də, üçüncünün arxasınca gedərkən avtomobil çayda batıb.Yalnız bir neçə saatdan sonra 53 yaşlı sürücünün cəsədini sudan çıxarmaq mümkün olub.