DÜNYA
Cənubi Afrika Respublikasının parlament binasında yanğın baş verib
02.01.2022 [13:02]
Xəbərin mətni
Bu gün Cənubi Afrika Respublikasının Keyptaunda yerləşən parlament binasında yanğın baş verib.
AZƏRTAC France Press agentliyinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, parlament binasının üzərində qatı tüstü qalxır. “Dam örtüyü yanıb. Milli Məclisin (aşağı palata) binası da yanır”, - şəhər təcili xidmət orqanlarının nümayəndəsi agentliyə belə deyib. Onlar yanğının söndürülməsi üçün əlavə kömək istəyiblər.Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb. Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının səbəbi araşdırılır.