Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İranda güclü yağışlar daşqınlara səbəb oldu

03.01.2022 [13:45]

İranın Fars əyalətindəki Lamərd şəhərində güclü yağış daşqınlara səbəb olub.“Azad İran” “Telegram” kanalının məlumatına görə, sel suları evlərə və infrastruktura ciddi ziyan vurub.Qeyd edək ki, təbii fəlakət qurbansız ötüşməyib. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.