MƏDƏNİYYƏT
El şənliklərinin sevimli kollektivi - “Çıraqqala” zurnaçılar ansamblı
03.01.2022 [14:08]
Xəbərin mətni
“Çıraqqala” zurnaçılar xalq kollektivi 1956-cı ildən fəaliyyət göstərir. Hazırda kollektivin 20-yə yaxın üzvü var. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Çıraqqala” zurnaçılar xalq kollektivi ilk yarananda ansamblın tərkibi yeddi nəfərdən ibarət olub. Bu kollektiv respublikamızın əməkdar mədəniyyət işçisi, mahir zurna ifaçısı, mərhum Nurağa Rəhmanovun təşəbbüsü ilə Şabran rayon Mədəniyyət evinin nəzdində yaradılıb.