Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qar Ağ Evin fəaliyyətinə də təsir edib

04.01.2022 [10:16]

Vaşinqtonda bu ilin ilk qarı yağıb.Kolumbiya dairəsində əlverişsiz hava səbəbindən federal təşkilatların ofisləri və məktəblər bağlanıb. Yalnız fövqəladə xidmətlərin əməkdaşları işə çıxıblar.Boran hətta Ağ Evin fəaliyyətinə də təsir edib. Belə ki, bazar ertəsi keçirilməli olan ənənəvi brifinq ləğv edilib.