Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Husilər Birləşmiş Ərəb Əmirliklərinin hərbi texnika daşıyan gəmisini ələ keçirib

04.01.2022 [12:55]

Yəmənin şimalında fəaliyyət göstərən husilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gəmisini “düşmənçilik hərəkətləri” ittihamı ilə ələ keçirib.Gəminin Yəmənin şimalında Səudiyyə Ərəbistanının Cizan liman şəhərinə getdiyi qeyd edilib.Səudiyyə mediası bildirib ki, gəmi ötən gecə Qırmızı dənizdə atəşə tutulub.