DÜNYA
Türkiyə tərəfi Yunanıstanın növbəti əsasız iddialarına etiraz bildirib
05.01.2022 [11:55]
Xəbərin mətni
Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın Türkiyə haqqında əsasız ittihamları rəsmi Ankaranın kəskin etirazına səbəb olub.AZƏRTAC-ın məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç açıqlamasında diqqətə çatdırıb ki, nazir Dendias tərəfindən demək olar hər gün Türkiyəyə qarşı yer alan bəyanatlar sülh və sabitliyə xidmət etməyən, gerçəklikdən uzaq və populist iddialardır. Bu təxribatçı ritorika nə mehriban qonşuluq münasibətlərinə, nə də Yunanıstanla yenidən başlatdığımız məşvərət danışıqlarının ruhuna uyğun gəlmir.