Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində yeməkxanada baş verən partlayış nəticəsində 20 nəfər dağıntılar altında qalıb

07.01.2022 [16:53]

Xəbərin mətni

Çinin Çunçin şəhərində yeməkxanada baş verən partlayış nəticəsində təxminən 20 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, şəhərin Ulon rayonunda yerli vaxtla saat 12:10 radələrində baş verən partlayışa qaz sızması səbəb olub. Xəsarət alan bir neçə nəfər xəstəxanaya çatdırılıb.