SİYASƏT


Naxçıvanda keçirilən taktiki-xüsusi təlimlərdə düşməndən qənimət götürülmüş zenit-artilleriya qurğularından istifadə olunub

Qırx dörd günlük Vətən müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib.