Bir qalanın sirri - Xızı dağlarında gizlənən möhtəşəm qala-şəhər haqqında reportaj
12.01.2022 [13:12]
Xəbərin mətni
Gözəlliyi mahnılarda vəsf olunan Xızı dağları eyni zamanda qədim tariximizin izlərini özündə qoruyub saxlayır. Bu reportajımızda Xızı dağlarının sıx meşəlik ərazisində gizlənən qala-şəhər haqqında məlumat verəcəyik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, V-VII əsrlərə aid olduğu ehtimal olunan qala-şəhər Xızının Altıağac qəsəbəsindən 3 kilometr şərqdə yerləşir.