CƏMİYYƏT


Bərdədə 4800 şəhidin paltarlarının basdırıldığı yer əbədiləşdirilib

Bərdədə Birinci Qarabağ müharibəsi zamanı şəhid olan 4800 nəfər Vətən övladının paltarlarının basdırıldığı yer əbədiləşdirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin dəstəyi ilə ərazidə təmizlik işləri aparılıb, ağaclar əkilib. Şəhidlərin yaxınları şəhid paltarlarının basdırıldığı məkanı ziyarət edir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxuyurlar. Burada, həmçinin abidə inşa edilməsi də nəzərdə tutulur.