Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib

30.01.2022 [10:54]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Qoşunlarında 2021-ci tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci tədris ilini uğurla başa vuran Naxçıvan Qarnizonu Qoşunlarında 2022-ci yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib.