SİYASƏT


Müzəffər Ali Baş Komandanın Gənclər Forumunda səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu daha da artırıb

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışı və çoxsaylı sualları cavablandırarkən səsləndirdiyi fikirlər Ordu gənclərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb, onların fəaliyyətində yeni bir mərhələnin başlanğıcını qoyub.
Hazırda Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, ideoloji və mədəniyyət mərkəzlərində Gənclər Forumunun materialları geniş təbliğ edilərək dərindən öyrənilir, forum iştirakçıları ilə şəxsi heyətin görüşləri keçirilir və Ordu gəncləri milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutaraq Vətənə, xalqa, dövlətə sədaqətli xidmətlərini şərəflə davam etdirirlər.