SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən tank bölmələrindən biri qəfil yoxlanılıb

“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən bölmələr yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb.
Yoxlanılan tank bölməsi “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb.  
Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib.