SİYASƏT


Prezident: Mən müharibədən sonra Ağdama üçüncü dəfədir səfər edirəm, hər dəfə buraya gələndə ürəyim ağrıyır

Mən müharibədən sonra Ağdama üçüncü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur.AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Cümə məscidinin qarşısındakı çıxışında bildirib.