TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil
08.10.2026 [16:28]
Xəbərin mətni
İtkin düşmüş şəxslərin axtarılması, tapılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi yalnız texniki və ya hüquqi proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda, humanitar məsuliyyətdir, ailələrin hüquqlarına, keçmişinə, irsinə hörmətin göstəricisidir və cəmiyyətlərin öz keçmişi ilə sağlam şəkildə üzləşə bilməsinin mühüm şərtidir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Uğur Bayraktutan Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən "Sülh proseslərində itkin şəxslər məsələsinin həlli: Humanitar əməkdaşlıq və etimadın yaradılması" adlı panel sessiyada çıxış edərkən deyib.