Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Bahçeli: 1992-ci il fevralın 25-26-da Xocalıda soyqırımı cinayəti törədilib

22.02.2022 [16:22]

Xəbərin mətni

Otuz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən zülmət dolu bir gecədə Xocalıda soydaşlarımızın qanı tökülmüş, canımızdan can ayrılmışdır. Xocalı hələ də qanayan, qaysaq bağlamamış, dərdinə çarə tapılmamış bir yaradır. 1992-ci il fevralın 25-26-da əhalisi 7 min nəfər olan Xocalıda soyqırımı cinayəti törədilib.AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI