Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı sakini:Güllələr göydən elə yağırdı ki, doğmalarımızın meyitlərinə belə sarıla bilmədik

24.02.2022 [14:52]

Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən ən böyük faciədir. AZƏRTAC-ın çəkiliş qrupu soyqırımın canlı şahidi olan Xocalı sakini Roza Məmmədovanın qonağı olub. R.Məmmədova 1992-ci il fevralın 26-da faicə nəticəsində həyat yoldaşını itirib. Müsahibimiz həmin ağrılı-acılı günləri kövrək hisslərlə dilə gətirib.