CƏMİYYƏT


“Xocalıya ədalət!” sülh və birgəyaşayış istəyidir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası şəhərləri, ölkələri sararaq qitələri dolaşmağa başlayıb. “Xocalıya ədalət!” Bu ümumdünya sülh çağırışıdır. Sürətlə qloballaşan və mürəkkəbləşən müasir dünyada münaqişələr artdıqca “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının fəlsəfi mahiyyəti daha aydın hiss olunur.AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı olaraq hər zaman milli və dini mənsubiyyətinə, siyasi maraqlara görə insanların və xalqların əzilməsinə qarşı olmuşuq. Bəli, bir ağızdan və ürək dolusu duyğularla “Xocalıya ədalət!” çağırışı edərik ki, bir daha dünyada belə acılar milli fəlakətlərin olmasın.“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasında səsimizə səs verən ölkə qardaş Türkidir. Ali təhsil ocaqlarında, orta məktəblərdə, kütləvi tədbirlərdə eşidilən “Xocalıya ədalət!” bütün dünyanın ehtiyac yaşadığı sülh və birgəyaşayış istəyidir.