SİYASƏT


Şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirilib

Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız - Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Anım tədbirində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, general-mayor Mayis Bərxudarov və N hərbi hissəsinin hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.