CƏMİYYƏT


Amsterdam mərkəzi meydanında Xocalı soyqırımını əks etdirən pantomima tamaşa təqdim olunub

Niderland Krallığında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş silsilə anım tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Amsterdam şəhərinin Dam meydanında “Niderland-Azərbaycan Odlar Yurdu” cəmiyyətinin sədri Firəngiz Bağırovanın “Bir gecənin sirri” hekayəsi əsasında pantomima tamaşası təqdim olunub.
Tamaşa meydandan və ətrafdan keçən sakinlərin, eləcə də turistlərin diqqətini cəlb edib. Tamaşaçılara bu ölkədə yaşayan diaspor fəallarımız da qatılıblar. Müəllif tərəfindən holland dilində səsləndirilən tamaşadakı rolları gənc vətənpərvər diaspor üzvlərimiz oynayıb. Xocalı soyqırımına həsr edilmiş pantomima tamaşası izləyiciləri duyğulandırıb.