Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATU-nin Hərbi Tibb Fakültəsinə Hərbi tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisasları üzrə qəbul qaydaları

28.02.2022 [12:59]

Hərbi tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılır.
Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar.
Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək, Stomatologiya ixtisası üzrə qəbul olmuş şəxslər 3-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.