MƏDƏNİYYƏT


Cabbar Qaryağdıoğlunun yaşadığı Şuşanın Seyidli məhəlləsi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınıb. Qədim Şuşada 17 məhəllə olub. Şuşa məhəllələrinin doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa şəhərində XVIII əsrdə salınmış aşağı məhəllələrdən biri Seyidli məhəlləsidir. Şuşanın digər məhəllələri kimi, burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlunun evi bu məhəllədə yerləşir.