CƏMİYYƏT


“Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycanlıların soyqırımına həsr edilmiş dəyirmi masa təşkil olunub

Martın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “Azərbaycanlıların soyqrımı-1918” mövzusunda dəyirmi masa təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbiri açan BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışıb.